“Ölsək, heç kimin xəbəri olmayacaq” Pəncəlinin qardaşı Video | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Güclü qar səbəbilə Astara rayonu və bir neçə kənd arasındakı yol bağlanıb.
Bu barədə “Qafqazinfo”ya Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov məlumat verib.
Asxanakəran kənd sakini F.Teymurov bildirib ki, vəziyyətlə bağlı aidiyyəti üzrə müraciətlər etsələr də baxılmır: “Bir neçə gündür yollar bağlıdır.
Astara rayonunun Asxanakəran, Hamuşam, Toradi və Motlayataq kəndlərində vəziyyət dəyişməz olaraq qalır.
Kəndlərdə nə internet var, nə işıq, nə də yollar açılıb. Aramsız yağan qar səbəbindən yaşayış məntəqələri arasında əlaqə tamamilə kəsilib.
Üstəlik, nə yollara texnika göndərilib, nə də buna hər hansı bir cəhd olunub. Kənd əhalisi ərzaq üçün rayona gedə bilmir.
Çıxmışıq dağın başına ki, heç olmasa buradan əlaqə yarada bilək. Ölsək, heç kimin xəbəri olmayacaq, dünya ilə əlaqəmiz kəsilib”.
Tam oxu
Xəbəri oxu