Icma.az, Olay.az saytına istinadən bildirir.
Ürək çatışmazlığı səbəbi ilə vəfat edən türk jurnalist Reha Muhtarın vəsiyyəti ortaya çıxıb.
OLAY yazır ki, keçmiş həyat yoldaşı Deniz Uğur ilə övladları Mina Muhtar və Poyraz Muhtarın qəyyumluğu uğrunda uzun müddət məhkəmə çəkişməsi yaşayan Reha Muhtar, "Məni sevənlərə vəsiyyətimdir: əgər ölsəm, Deniz Uğur mənim dəfnimə gəlməsin" açıqlaması verib.
Reha Muhtar 2008–2010-cu illər arasında aktrisa Deniz Uğur ilə evli olub.