Ölü tapılan hərbçinin cəsədində işgəncə izləri İDDİA

25.11.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilovun meyiti bu gün Xətai rayonunun Əmircan qəsəbəsində, zibillik ərazisində tapılıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, mərhumun ölümü ilə bağlı yeni detal üzə çıxıb.

Belə ki, yaxınlarının sözlərinə görə, onun cəsədində işgəncə əlamətləri olub.

Qeyd edək ki, K. Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. Son olaraq isə Suraxanı Su Kanal İdarəsində çalışıb.

Lalə Novruz, BakuPost




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью