Ölü tapılan hərbçinin cəsədində işgəncə izləri... İddia

25.11.2025

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilovun meyiti bu gün Suraxanı rayonunun Əmircan qəsəbəsində, zibillik ərazisində tapılıb.

Sitat.info  Bakupost.az-a istinadən xəbər verir ki, mərhumun ölümü ilə bağlı yeni detal üzə çıxıb.

Belə ki, yaxınlarının sözlərinə görə, onun cəsədində işgəncə əlamətləri olub.

Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. Son olaraq isə Suraxanı Su Kanal İdarəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью