Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, diplomatın şəxsiyyəti Almaniyada fəaliyyət göstərən rus kəşfiyyat mütəxəssisi Dimitri Kmelnitski tərəfindən açıqlanıb.
Rusiya Cənubi Kiprdəki səfirliyi Panovun cəsədini bir gün əvvəl Rum polisinə təhvil verib, lakin onun intihar etdiyi deyilən otaqda araşdırma aparmağa icazə verməyib.
Almaniyadakı Rusiya kəşfiyyatı haqqında kitab yazan Dimitri Kmelnitski, sözügedən diplomatın səfirlikdə Rusiya hərbi kəşfiyyatının (QRU) üçüncü rütbəli zabiti mayor 41 yaşlı Aleksey Panov olduğunu açıqlayıb.
Rusiya kəşfiyyatının Rum administrasiyasındakı fəaliyyəti ilə bağlı da araşdırma aparan Kmelnitski qeyd edib ki, Panov elektron dinləmə üzrə mütəxəssis olub.
Britaniyanın "The Sun" qəzeti iddia edib ki, Panov səfirliyin içərisində edam edilib, çünki o, qaçmağa hazırlaşırmış.
Bu arada, Rusiyada yerləşən dünyanın ən böyük kalium istehsalçısı olan "Uralkali" şirkətinin keçmiş baş direktoru və oliqarx (milyarder) Vladislav Baumqartnerin axtarış işləri altı gündür davam edir. O, ötən həftə Limasoldakı iş yerini tərk edib və o vaxtdan bəri ondan xəbər alınmayıb.
Qadir, Bizimyol.info