Ölüləri dəfn etməyib, kül yerinə sement veriblər: Ərarvadın dəhşətli biznesi | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
200-ə yaxın çürümüş cəsədin tapıldığı ABŞ-nin Kolorado ştatında cənazə evinin evli ortaq sahibləri cəsədlərdən sui-istifadədə təqsirli biliniblər.
“Cebheinfo.az” bu barədə “ABC News”-a istinadən xəbər verir.
Con və Keri Hallford Kolorado Springs bölgəsində və Penrose, Koloradoda fəaliyyət göstərən “Təbiətə Qayıdış” Cənazə Evini idarə ediblər.
2023-cü ilin oktyabrında Fremont qraflığının şerif ofisi sakinlərin obyektdən gələn xoşagəlməz qoxu ilə bağlı məlumatlarını araşdırıb və cəsədlər tapılıb.
Rəsmilər tapılan cəsədlərdən bəzilərinin 2019-cu ildə ölənlərə məxsus olduğun söyləyiblər.
İşi aparan 4-cü Ədliyyə Dairəsinin prokuroru Maykl Allen bildirib ki, biznes sahibləri cəsədlərdən sui-istifadədə günahkar biliniblər.
Rayon prokuroru Keri Hallfordu 15 ildən 20 ilə qədər, Con Hallfordu isə 20 ilə qədər həbs cəzası gözlədiyini deyib.
Tam oxu
Xəbəri oxu