Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Finiş – o dünyanın qapısı At yarışının çoxəsrlik tarixi çeşidli qələbələrlə zəngin olub.
Ancaq onlardan biri – 102 il bundan qabaq həyata gözlərini əbədi yummuş bir insanın finişə hamıdan qabaq çataraq qalib adını qazanması heyrətamiz qələbə kimi yaddaşlara yazılıb.
İlk baxışdan belə bir inanılmaz hadisənin necə mümkün olması, üstəlik, çaparın idman prinsipinə, yarışın bütün qaydalarına uyğun olaraq finişə hamıdan tez çataraq qalib gəlməsi mümkünsüz görünür.
Kədərli qələbə 1923-cü il iyunun 4-də Nyu-Yorkun Belmont Park treki ətrafında Sveet Kiss ləqəbli atla yarışa qatılan jokey Frenk Hayes turnirin autsayderlərindən hesab olunurdu.
Finiş xəttinə yaxın Sveet Kiss gözlənilməz sıçrayışla önə keçərək, ən yaxın rəqiblərini bir baş qabaqlayıb.
Onun dostları, eləcə də münsiflər heyəti və başqaları qalibləri belə bir əla nəticə münasibətilə təbrik etmək üçün atın yanına tələssələr də, gördükləri mənzərə onları dəhşətə gətirib.
Jokeyin nəbzi döyünmürdü, o, artıq həyatla vidalaşmışdı. Sirli ölüm Həkimlər üçün diaqnoz qoymaq çətin deyildi: Hayes infarkt keçirmişdi.