Ölüm əlamətlərini göstərən 12 hal müəyyən edildi | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin hospis tibb bacısı Cüli Makfadden insanların həyatının son günlərində nələr yaşadığını izah edib və yaxınlaşan ölümün 12 əsas əlamətini açıqlayıb.
Hospis həyatının son mərhələsində olan xəstələrə ağrılarını azaltmaq, həyat keyfiyyətini artırmaq üçün tibbi, sosial, psixoloji və mənəvi dəstək verən xüsusi bir müəssisə və ya xidmət növüdür.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "Hospicenursejulie" adlı "YouTube" kanalında məlumat verib.
Makfaddenin sözlərinə görə, insan bədəni əvvəlcə sağ qalmaq, sonra isə təbii şəkildə ölməyə kömək etmək üçün yaradılıb.
O deyib ki, insanların ölümündən əvvəl dünyasını dəyişmiş yaxınlarını görməsi də həyatlarının sona çatmaq üzrə olmasının əlamətidir.
Tibb bacısının müəyyən etdiyi ölüm əlamətləri bunlardır: - Yemək və su qəbulunun azalması; - Fəaliyyət qabiliyyətinin zəifləməsi; - Yuxu müddətinin artması; - Ağrının azalması; - Ara-sıra çaşqınlıq və ya oriyentasiyanın pozulması; - Ölmüş yaxınlardan danışmaq və ya onları görmək; - Nəfəsalma rejimində dəyişiklik; - Dəri rənginin dəyişməsi; - Həddindən artıq hərarət (qızdırma); - Soyuq baxışlar və göz yaşarması; - Uzağa baxmaq; - Həyəcan və narahatlıq kimi hislər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu