Icma.az bildirir, Gununsesi portalına istinadən. Ölüm saçan gecə – 20 Yanvar Yanvarın 19-da şam yeməyini yeyəndən sonra paltomun altından üs
Çantama qəzetə bükülmüş çörəkarası iki kotlet, üç almadan başqa silah adına yekə, xəncər kimi bir mətbəx bıçağı, cibimə pasport qoymuşdum, b
MMŞ-nin başqa üzvləri də vardı, amma fəal olanlar bunlar idi.
Pasportu cibimə Sovet əskərlərinə göstərmək üçün qoymuşdum, həm də əfqan mücahidi olmadığımı sübut etmək üçün.
Axı o vaxt Mərkəzi adlanan Moskva televiziyası, radiosu, “Правда”, “Известия” və başqa qəzetlər Xalq Cəbhəsi Hərəkatını, azərbaycanlıların Ermənistandan çıxarılmasına, Ermənilərin Qarabağ iddialarına etiraz edən mitinqçiləri səhər-axşam “əfqan mücahidi”, “ekstremist” adlandırırdılar… O vaxt belə bir zarafatımız vardı: “7 milyon azərbaycanlı ekstremist…” O gecə qatıldığım mitinq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qabağında idi, – indiki Prezident Administrasiyası binası, – “Azneft”dəki evimizdən bir qədər yuxarı.
Burada barrikad-flan quran yox idi, sadəcə, iki-üç, bəlkə daha çox – dörd-beş min adam yığışmışdı.
Buradaatamın əminəvəsi və qohumluqdan daha çox dostu olan Nəsir əmi Kəngərlinin ortancıl oğlu, dostum Aqşinlə rastlaşdım.
Daha sonra böyük əmim qızı Dilarənin həyat yoldaşı, bütün hərəkatçıların tanıdığı Gültəkin Ananın kiçik oğlu Azər Əskərovu və öz həyat yoldaşımın əmisioğlu, əskərlikdən, “ВДВ – воздушно-десантные войска” – Sovet Ordusunun Hava-Desant Qoşunlarında xidmətdən sonra yeni qayıdan, qaynatamgildə qalan lənkəranlı Zahir Axundovu gördüm… N.Pənahlı, R.Qaziyev və E.Məmmədov çıxış etdilər.