Icma.az bildirir, Axar.az portalına istinadən.
Donetskin Makeyevka şəhərində dayanacaqda tapılan saxta 5000 rublluq əsginaslarda təhlükəli kimyəvi maddələrin izləri müəyyən edilib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Donetsk “meri” Aleksey Kulemzin məlumat yayıb.
Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı əskinaslardan birinə toxunan şəxsin ağır kimyəvi zəhərlənməyə məruz qaldığı məlum olub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.
Kulemzin şəhər sakinlərinə küçədə tapdıqları şübhəli əşyalara, xüsusilə pul əsginaslarına, mobil telefonlara, kiçik məişət texnikasına və dron qalıqlarına toxunmamaq barədə xəbərdarlıq edib.