Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı

14.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı

Kolumbiya millisinin yarımmüdafiəçisi Xamilton Kampas DÇ-2026-dan sonra aldığı ölüm təhdidləri səbəbindən vətəninə qayıtmayıb.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Kamilo Pinto sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Kolumbiya yığmasının dünya çempionatının 1/8 finalında İsveçrəyə penaltilər seriyasında uduzduğu matçdan (0:0, pen. 3:4) sonra futbolçu və ailəsi çoxsaylı təhdidlər alıb.

Qeyd olunur ki, Kampas görüşün 115-ci dəqiqəsində əlverişli vəziyyətdən yararlana bilməyərək topu qapının üstündən vurub. Daha sonra Kolumbiya penaltilər seriyasında məğlub olaraq mundialla vidalaşıb.

Mənbənin iddiasına görə, futbolçu ona və ailəsinə yönələn ölüm təhdidlərini ciddi qəbul edib və bu səbəbdən ölkəsinə qayıtmamaq qərarına gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью