Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Afrikada yayılan ölümcül Ebola epidemiyası ilə bağlı vəziyyət getdikcə ağırlaşır. Yoluxma hallarının sayı 11 mini ötüb, 5 400-dən çox insan həyatını itirib. Virusun bir neçə ölkədə aşkarlanması beynəlxalq narahatlığı artırıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) noyabrın 12-nə olan hesabatına əsasən, Konqo Demokratik Respublikasında 11 114 yoluxma və 5 433 ölüm qeydə alınıb.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) noyabrın 14-də yenilədiyi məlumatda isə epidemiyadan təsirlənən ölkələr üzrə ümumi yoluxma sayı 11 145, ölüm sayı 5 437 göstərilib. Onlayn mağaza
Ən narahatedici məqamlardan biri yoluxanlar arasında ölüm göstəricisinin yüksək olmasıdır. Konqoda qeydə alınan halların təxminən 49 faizi ölümlə nəticələnib. Beş yaşdan kiçik uşaqlar arasında isə ölüm faizi 72 faizə çatıb.
Ebola virusu Konqo ilə yanaşı, Uqanda, Keniya və Nigeriyada da aşkarlanıb. ECDC-nin məlumatına görə, Keniyada 9 yoluxma və 2 ölüm qeydə alınıb. Nigeriyada isə oktyabr ayında bir nəfərdə virus müəyyən edilib. Həmin şəxs daha sonra İsveçrəyə aparılıb.
Epidemiyanın qarşısının alınmasına səhiyyə sistemindəki problemlər mane olur. Təmasda olan şəxslərin izlənməsi və xəstələrin təcridindəki çatışmazlıqlar, silahlı qarşıdurmalar, tibb işçilərinə hücumlar və kadr çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.
Ebola xəstəliyi yoluxmuş şəxslərin qanı və digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində keçir. Əsas simptomları qızdırma, halsızlıq, əzələ ağrısı, qusma və ishaldır. Ağır hallarda qanaxma və orqan çatışmazlığı yarana bilər.
Xəstəliyə səbəb olan Bundibugyo Ebola virusuna qarşı hələlik təsdiqlənmiş xüsusi peyvənd və müalicə yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı 17 may 2026-cı ildə epidemiyanı beynəlxalq əhəmiyyətli fövqəladə sağlamlıq vəziyyəti elan edib. Beynəlxalq qurumlar erkən diaqnostika, təcrid və yoluxanlarla təmasda olan şəxslərin izlənməsini əsas mübarizə vasitələri hesab edirlər.