Ölümcül insult riskini azaldan 8 qida

04.02.2026

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.




Gündəlik rasiona kalium daxil etmək 50 yaşdan yuxarı qadınlarda bütün növ insult riskini azalda bilər.

İnsultlar beyinə qan tədarükü kəsildikdə baş verir. Ağırlığından asılı olaraq, ölümcül ola bilər. Bir çox digər xəstəliklərdə olduğu kimi, yediyiniz qidalar da riskin azaldılmasında rol oynaya bilər.

Medicina.az xəbər verir ki, ümumi terapevt İrina Andreyeva yüksək kalium qəbulunu işemik və hemorragik insult hallarının və ümumi ölüm hallarının daha aşağı olması ilə əlaqələndirilib. "Yüksək kalium qəbulu, xüsusən də hipertoniyası olmayan yaşlı qadınlarda insult və işemik insult riskinin, eləcə də bütün səbəblərdən ölüm hallarının daha aşağı olması ilə əlaqələndirilir".

Andreeva riski azaltmaq üçün aşağıdakı kaliumla zəngin qidaları sadaladı:

Toyuq - 170 qramda 574 milliqram kalium

Banan - Birində 330 mq var

Avokado - 360 mq var

Brokkoli - 80 qram çiy halda 317 mq var

İspanaq - 80 qram 545 mq var

Bişmiş Qızılbalıq - 154 qram 634 mq var

Kartof - 175 qram qaynadılmış halda 639 mq var

Bir stəkan yağsız süd 316 mq var

"Tədqiqata görə, kalium qəbul edən insanların ən az qəbul edənlərə nisbətən infarkt və ya insult keçirmə ehtimalı 13% daha az idi”.



Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью