Ölümcül virus daşıyan yarasalar bu ölkəni işğal edir

15.10.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avstraliyanın Yeni Cənubi Uels ştatında cəmi iki həftə ərzində 43 nəfər yarasaların hücumuna məruz qalıb. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan halların sayından dörd dəfədən çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, “People” nəşrinin məlumatına görə, bioloqlar hadisələrin artmasını qida çatışmazlığı ilə əlaqələndirirlər. Bunun yarasaların gündüz saatlarında şəhər bağlarında qalmasına və insanlarla təmasının artmasına səbəb olduğu ehtimal edilir.

Avstraliyada yarasalar quduzluq virusu ilə yaxın əlaqəli olan yarasa lissavirusunu (ABLV) daşıya bilər. Virus dişləmə, cırmaqlama və ya yoluxmuş yarasanın tüpürcəyinin zədələnmiş dəriyə və selikli qişalara təması nəticəsində ötürülə bilər.

İlkin simptomlar qripə bənzəsə də, xəstəlik sonradan iflic, çaşqınlıq və qıcolmalarla müşayiət oluna bilər. Simptomlar başladıqdan sonra effektiv müalicə mövcud deyil və xəstəlik, demək olar ki, bütün hallarda ölümlə nəticələnir.

Mütəxəssislər yarasa dişləməsi və ya cırmaqlaması baş verdikdə yaranı dərhal sabun və su ilə ən azı 15 dəqiqə yumağı və təcili tibbi yardım almağı tövsiyə edirlər.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью