Ölümcül virus sürətlə yayılır: 20 min yoluxma riski açıqlandı

07.06.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Konqo Demokratik Respublikası (KDR) və Uqandada tüğyan edən Ebola epidemiyası tarixdə ən böyük yoluxma hallarından birinə çevrilə bilər.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) yayımladığı hesabatda xəbərdarlıq edib.

Hesabatda qeyd olunur ki, xəstələrin yalnız 20%-nin təcrid edilməsi halında üç ay ərzində yoluxmaların sayının 20 minə çatma ehtimalı 65% təşkil edir. Əhalinin 70%-nin təcrid olunması vəziyyətində isə bu risk 5%-ə qədər azalır. Dördpendirli pizza

"Bu nəticələr ictimai səhiyyə sahəsində effektiv tədbirlərin vacibliyini göstərir. Çünki hazırkı epidemiya Bundibucyo virusunun törətdiyi Ebola qızdırmasının indiyədək qeydə alınmış ən böyük epidemiyasıdır və qısa müddət ərzində tarix boyu müşahidə edilən ən böyük Ebola epidemiyalarından birinə çevrilə bilər", - deyə hesabatda bildirilir.

Son məlumatlara görə, KDR-də indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью