Ölümdən dönən sənətçi Tacir Şahmalıoğlundan AÇIQLAMA

15.10.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Artıq çətin günlərim arxada qalıb, həyatdayam və yenidən səhnəyə qayıdıram. Özümü çox yaxşı hiss edirəm".

Sherg.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Türkiyədə əməliyyatdan sonra səhhətində ağır problemlər yaranan müğənni Tacir Şahmalıoğlu deyib.

Ölümdən dönən sənətçi bir həftədən sonra efirlərə çıxacağını diqqətə çatdırıb:

"Əvvəl efirlərə çıxacağam, tamaşaçılarım görsün ki, Tacir Şahmalıoğlu səhnədədir. Sonra isə toy dəvətlərimi qəbul edəcəyəm. Gələn həftədən sonra toylarda olacağam".

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu son aylarda 30 kiloya yaxın çəki itirib. Onun son vəziyyəti hər kəsi təşvişə salıb. Sənətçi şəkərli diabetdən əziyyət çəkdiyini və bu səbəbdən mədəaltı vəzindən əməliyyat olunduğunu xatırladıb. Bakıya yenicə qayıdan müğənni ikinci əməliyyatını keçirib. Bu dəfə onun öd kisəsi götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью