“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”

01.10.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Niyam Salami "Xəzər axşamı" verilişində şəxsi həyatı və gələcəklə bağlı düşüncələrindən danışıb.

Milli.Az-ın məlumatına görə, sənətçi etiraf edib ki, ölümün özündən çox, xəstəlik səbəbilə dünyasını dəyişmək fikri onu narahat edir. O, həmçinin tənhalıq hissinin həyatında xüsusi yer tutduğunu bildirib.

"Düzdür, ölümdən qorxmuram, amma bir xəstəliklə ölməkdən qorxuram. Tənhalıq da var. Nə yaxşı ki, bacım qonşumdur. Paylaşdığım, bölüşdüyüm insan var", - deyə Salami bildirib.

Niyam Salami həyat haqqında düşüncələrini bölüşərkən bu həyatın ona qəribə gəldiyini də söyləyib. Sənətçinin səmimi açıqlamaları proqramda diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью