Icma.az, futbolpress-az saytına istinadən bildirir.
İspaniyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono futbolçu Xesus de Migelin ölümündən sonra karyerasını başa vurmağı düşünür.
Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Ovono “Tenerife” ilə matçda Migellə toqquşub. İspan hücumçu hadisə nəticəsində dünyasını dəyişib.
Faciəli olaydan sonra Ovono ağır psixoloji sarsıntı keçirir, evdən çıxmır və sosial media hesablarını silib. Klub rəhbərliyi qapıçıya psixoloji dəstək göstərilməsi üçün mütəxəssislər cəlb edib.
Ovononun yaxın zamanda futbolla vidalaşacağı gözlənilir.