Ölümlə nəticələnən epizoda görə hansı cəza verildi?

14.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölümlə nəticələnən epizoda görə hansı cəza verildi?

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Andorra” klubunun qapıçısı Xesus Ovononu 12 oyunluq diskvalifikasiya edib.

QOL.az İspaniya mediasına istinadən xəbər verir ki, buna səbəb noyabrın 2-də İspaniya 2-ci liqasında “Tenerife” ilə keçirilən matçda yaşanan və futbolçu ölümü ilə nəticələnən epizod olub.

Həmin görüşdə Ovono rəqib komandanın hücumçusu Xesus de Migellə toqquşub. Qapıçı ayağını yuxarı qaldıraraq rəqibinə sərt zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Ağır xəsarət alan 30 yaşlı De Migel xəstəxanaya yerləşdirilib. Lakin futbolçu ertəsi gün dünyasını dəyişib.

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi qapıçının hərəkətini ciddi qayda pozuntusu kimi qiymətləndirib. Nəticədə intizam qaydalarının 102-ci maddəsinə əsasən, ona maksimum cəza – 12 oyunluq diskvalifikasiya verilib.

Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları da araşdırma aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью