Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son bir həftədə Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.
Həyatını itirənlərin daha çoxu isə Sabunçu rayonu ərazisindədir.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məlum olduğu kimi, spirtlər reseptsiz satılır, lakin ölüm hallarının artdığını nəzərə alsaq, onun satışında hər hansı bir məhdudiyyətin qoyulması gündəmə gəlir.
Mövzu ilə bağlı Ölkə.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ilk öncə etil spirtindən zəhərlənmə halı araşdırılmalıdır: "Burada ölüm halı, kriminal var.
Yəni bu meyitlərin hər birinin ölüm halı araşdırılmadır ki, nədən ölüm baş verib? Bu məsələnin birinci tərəfidir.
İkincisi, ümumiyyətlə əgər insan fabrik istehsalı olan spirtli içki içib dünyasını dəyişibsə, bu ayrı kriminal işdir.