Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İlk dəfə idi ki, insan hüceyrələri laboratoriya şəraitində adi qaydada ölmür, əksinə, dayanmadan çoxalırdı. Henriettanın hüceyrələri «HeLa» adı ilə tanındı və tarixdə ilk ölməz insan hüceyrə xətti kimi qeydə alındı.
Bu hüceyrələr tibb elminin inkişafında əsl inqilab yaratdı. Onlar poliomielitə (uşaq iflicinə) qarşı peyvəndin hazırlanmasına kömək etdi, xərçəng xəstəliyinin tədqiqini sürətləndirdi, genetik xəritələşdirmə, süni mayalanma və HİV araşdırmalarında mühüm rol oynadı. Hətta COVID-19 pandemiyası dövründə peyvəndlərin hazırlanması ilə bağlı elmi tədqiqatlarda da HeLa hüceyrələrindən istifadə edildi.
Henrietta Laks hüceyrələrinin ölümündən sonra da laboratoriyalarda yaşamağa və çoxalmağa davam edəcəyini heç vaxt bilmədi. Lakin onun hüceyrələri zaman keçdikcə müasir elmin ən mühüm tədqiqat vasitələrindən birinə çevrildi.
Bir qadının xəbəri olmadan götürülmüş hüceyrələri tibb tarixini dəyişdi. Henrietta Laksın hekayəsi isə bu gün də elmi nailiyyətlərlə yanaşı, tibbdə insan hüquqları və xəstələrin razılığı məsələsini gündəmdə saxlayır.
Rəsmiyyə Şərifova,
KONKRET.az