“Ölümsüz qəhrəman” sənədli filminin nümayiş etdirildi

05.08.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Azərbaycan Kinematoqrafçılar İttifaqında şəhid, “Azərbaycan Bayrağı” ordenli kəşfiyyatçı Adil Rüstəmovun xatirəsinə həsr olunmuş “Ölümsüz qəhrəman” sənədli filminin nümayişi baş tutub.

Kulis.az xəbər verir ki, sənədli filmdə şəhid Adil Rüstəmovun həyat və şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əsasında işıqlandırılıb.

Ekran əsəri Bakı və Zəngilan şəhərlərində lentə alınıb və “Nova Gorica” Kino Mərkəzində istehsal olunub.

Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Yağmur İbrahimov, bədii rəhbəri Tahir Tahiroviç, icraçı prodüseri Kənan Kərimov, prodüseri isə Aslan Abdullayevdir. Film “Euroclima”nın dəstəyi ilə ərsəyə gəlib.

Rahat istirahət üçün 5 qızıl qayda Nəhəng - Fazil İsgəndərin hekayəsi Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransın açılışı oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью