Ölümün səssiz halı: dəm qazı

27.01.2026

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dəm qazı zəhərlənməsi əslində qarşısı alına bilən problemdir. Daha diqqətli, daha məlumatlı olmaqla bu ölümcül səbəbi yox etmək mümkündür. Dəm qazı rəngsiz, qoxusuz və dadsız bir qazdır. Bu xüsusiyyətlərinə görə onu aşkar etmək olduqca çətindir, buna görə də ona "səssiz, məkrli qatil" deyilir. Hər il xüsusilə də qış aylarında ağır dəm qazı zəhərlənməsi halları ilə qarşılaşırıq. Təəssüf ki, bu halların böyük əksəriyyətinin qarşısı alına bilər. Sadə, lakin təsirli tədbirlərlə özümüzü və yaxınlarımızı bu səssiz təhlükədən qoruya bilərik. Dəm qazı görünməz ola bilər; lakin, gördüyümüz tədbirlərlə onun təsirlərini nəzərəçarpacaq dərəcədə azaltmaq gücümüz var.

Karbonmonoksid karbon tərkibli yanacaqların natamam yanması nəticəsində əmələ gəlir. Gündəlik həyatda ən çox yayılmış zəhərlənmələrə əsasən sobalar, hamam otağındakı su qızdırıcıları, manqal və generatorlar səbəb olur. Qapalı və ya zəif havalandırılan məkanlarda işləyən nəqliyyat vasitələrinin mühərrikləri də ciddi risk yaradır. Tıxanmış bacaları olan istilik sistemləri, kifayət qədər hava axını olmayan sistemlər karbonmonoksidin yığılmasına səbəb ola bilər.

Dəm qazı hər kəsə təsir edə bilər, lakin bəzi qrupların daha həssas olduğunu bildirməkdə fayda var. Körpələr, uşaqlar, yaşlılar, hamilə qadınlar və ürək və ağciyər xəstəlikləri olan şəxslər risk altındadır. Ən təhlükəli vəziyyət qaza yatarkən məruz qalmaqdır. Yatan insan simptomları hiss edə bilmir və müdaxilə gecikir. Dəm qazı zəhərlənməsinin ən təhlükəli tərəfi onun simptomlarının digər xəstəliklərlə asanlıqla qarışdırılmasıdır. Əvvəlcə baş ağrısı, başgicəllənmə, halsızlıq və ürəkbulanma yarana bilər. Bu şikayətlər çox vaxt qrip, yorğunluq və ya mədə pozğunluğu ilə səhv salınır. Təsir davam etdikcə həddindən artıq yuxululuq, huşunu itirmə, qıcolmalar və hətta ürək dayanması baş verə bilər. Eyni mühitdə birdən çox insanda oxşar şikayətlərin başlaması dəm qazı zəhərlənməsinin ciddi bir xəbərdarlıq əlamətidir.

Unutmaq lazım deyil ki, dəm qazından zəhərlənmə şübhəsi yarandıqda düzgün hərəkət etmək həyat qurtarır. İlk növbədə qaza məruz qalan insanlar dərhal təxliyə edilməlidir və tez təcili yardım xidmətinə zəng edilməlidir. Mümkünsə, havalandırma təmin etmək üçün qapı və pəncərələr açılmalıdır. Huşsuz vəziyyətdə olan insanı xilas etmək üçün qapalı mühitə tədürüklü girmək lazımdır, əks halda həyat xilas etməyə çalışan şəxsin zəhərlənməsinə səbəb ola bilər.

Dəm qazı zəhərlənmələrinin böyük əksəriyyətinin sadə tədbirlərlə tamamilə qarşısının alınması mümkündür. Bacaların müntəzəm təmizlənməsi və sobaların və təbii qaz cihazlarının mütəxəssis tərəfindən mütəmadi yoxlanması vacibdir. Qapalı ərazilərdə manqal və ya generator istifadə edilməməli, nəqliyyat vasitələri isə qapalı qarajlarda istifadə edilmərkər havalandırma sistemi qüsursuz işləməlidir. Dəm qazı detektorları evlərdə və iş yerlərində qazı sızmasını erkən mərhələdə aşkarlayır, həyəcan siqnalı verir.

Dəm qazı ilə zəhərlənən adama ilkin müalicə yüksək axınlı oksigenin verilməsidir. Lazım olan hallarda xəstələr reanimasiyada müşahidə altında saxlanır. Erkən diaqnoz və sürətli müdaxilə beyin zədələnməsi və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью