Icma.az, Lent az portalına istinadən məlumat verir. Bu hadisəni kiminiz mistika, kiminiz uydurma adlandıra bilərsiniz.
İnanıb-inanmamaq öz işinizdir. Mən onu danışan həkimin qəhərlənməsini, göz yaşlarını görüncə inandım. İnsan yalandan çox söz deyə bilər.
Amma yalandan gözləri dolmaz, sözlər boğazında düyünlənməz. “Şəhidlər ölmür, onların ruhları aramızda dolaşır, lakin biz görmürük” deyimini
Bu əhvalat iki nur üzlü şəhid balamızın ölümdən sonra belə analarını qoruması barədədir.
Söhbətimizin qəhrəmanları Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsinin müdiri Mehriban Hacızadə, şəhid Xudayar Yusifzadənin anası Rada Qurbanova və şəhid Nurlan Ağakişiyevin anası Pərvanə Ağakişiyevadır.
Şəhid Nurlan Ağakişiyev və anası Pərvanə xanım Pərvanə xanım bir neçə gün öncə qadın xəstəliyi səbəbi ilə əməliyyat olunub.
Şəhid anasına baş çəkmək üçün xəstəxanaya getdim. Pərvanə xanımın həkimi Mehriban Hacızadə də palatada idi.
Söhbət əsnasında Pərvanə xanım üzünü Mehriban xanıma tutub dedi ki, əslində başqa xəstəxanaya üz tutacaqdım.