Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlər artır

05.11.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanda donor olmaq istəyənlərin sayı artır".

Turkustan.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, donor olmaq istəyənlərin sayında artım xüsusilə ölkəmizdə ilk meyit donordan orqan köçürülməsi əməliyyatından sonra müşahidə olunur.

“İnsanlar artıq anlayırlar ki, bu, xeyirxah və insan həyatını xilas edən bir addımdır. Orqanların paylanması tam şəffaf şəkildə - elektron sistem vasitəsilə həyata keçirilir. Burada insan faktoru iştirak etmir. Donorun qan qrupuna uyğun xəstələr sistem tərəfindən avtomatik müəyyən olunur və müvafiq həkimlərlə əlaqə yaradılır,” – deyə Yeganə Abbasova vurğulayıb. /bakivaxti.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью