Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yunanıstanda ayı 2 yerli sakinə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri həyatını itirib.
61 yaşlı Xristos Stavrianidis dostu ilə ölkənin şimalındakı Fratko meşəsində bir vaxtlar qəzaya uğramış təyyarəni axtararkən qarşılarına ayı çıxıb. Spreylə heyvanı qovmağa çalışsalar da, bu, onlarda alınmayıb və Xristos qaçmaq istəyərkən ayı onu yarğana salıb. Ağır xəsarətlər alan kişi yerindəcə canını tapşırıb. Dostu Dimitrios isə ağaclıqda gizlənməyə macal tapıb və sağ qalıb.
Qeyd edək ki, Stavrianidis baş verənləri mobil telefonunun kamerası ilə çəkə bilib. 49 saniyəlik video sosial şəbəkələrdə geniş yayılıb.
L.Tağıyeva