Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Elgiz Əkbər səhhətindəki problemlərdən danışıb.
Publika.az xəbər verir ki, bu haqda "Elgizlə İzlə" proqramında danışan Elgiz bir müddət əvvəl çəkilişdən sonra ürəyinin getdiyini bildirib. O qeyd edib ki, verilişdən sonra ürəyi gedib və yıxılıb:
"Ən azından 10 xəstəliyim var: təzyiqim var, başım gicəllənir, hava soyuq olanda qolum ağrıyır. Bu dəqiqə məni "check-up"a aparsanız, ən az 10 xəstəliyim çıxacaq. Ölürəm, sürünə-sürünə gəlirəm. Hərdən verilişlədən çıxanda ürəyim gedir, yıxılıram. Bu yaxınlarda da oldu, verilişdən sonra yıxıldım. Təzyiqim də qalxırsa, cəhənnəmə qalxsın".