Oman ABŞ ni İranla münaqişəyə cəlb olunmamağa çağırıb

28.02.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Omanın xarici işlər naziri Bədr Əl-Busaidi regionda vəziyyətin kəskinləşməsi fonunda danışıqlar prosesinin pozulduğunu bəyan edib və tərəfləri təmkinli olmağa çağırıb.

Bu barədə "Report" "Iran International" telekanalının saytına istinadən xəbər verir.

Əl-Busaidi aktiv və ciddi danışıqların pozulmasından narahatlığını bildirib, ABŞ-ni İranla münaqişəyə daha da cəlb olunmamağa çağırıb.

Nazir vurğulayıb ki, gərginliyin daha da artması qlobal təhlükəsizliyin və sülhün möhkəmlənməsinə kömək etməyəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью