Oman APA ya tamhüquqlu üzv, Belarus müşahidəçi kimi qatılır

19.02.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Oman Asiya Parlament Assambleyasına (APA) tamhüquqlu üzv, Belarus isə müşahidəçi kimi qatılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində məlumat verib.

Onun sözlərinə görə, hər iki ölkə bununla bağlı fevralın 18-də quruma müraciət edib:

“Müraciətlərə müsbət cavab veriləcəyinə ümid edirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью