Oman: Hörmüz boğazı qısamüddətli açılacaq

14.09.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Hörmüz boğazı qısamüddətli açılacaq, orta müddət üçün isə vəziyyət sabitləşməlidir”.

Gununsesi.info  xəbər verir ki, bunu Omanın energetika naziri Səlim əl-Əufi deyib.

“Oman Sultanlığının hələ də neft-qaz hasilatını davam etdirə bilməsindən və neft və mayeləşdirilmiş təbii qazın qiymətlərinin kəskin artımının hamı üçün davamlı olmamasından məmnunam”, – nazir bildirib.

Əl-Əufi qeyd edib ki, ixrac üçün çıxış nöqtələrinin şaxələndirilməsinə və alternativ ixrac imkanlarının müəyyənləşdirilməsinə təcili ehtiyac var.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью