Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, İran və ABŞ arasında danışıqlar aparan tərəflər yeni ideyalara misli görünməmiş açıqlıq nümayiş etdirirlər.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bədr əl-Busaidi deyib: “Danışıqlar aparanların yeni və yaradıcı ideyalara və həllərə misli görünməmiş açıqlığı fonunda səylər fəal və konstruktiv ruhda davam edir”.
O əlavə edib ki, bu yanaşma “davamlı zəmanətlərlə ədalətli razılaşma”ya nail olmaq üçün şərait yaradır.
Aminə ŞAHSUVARQIZI