Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yanıb

01.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hörmüz boğazının yaxınlığında - Oman körfəzi sahillərində yanacaq daşıyan taxta gəmi (lənc) yanıb, bir nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin Sirik Liman İdarəsi məlumat yayıb.

"Bu gün səhər Sirikin Ziyarət kəndi sahilindən 2 mil (3.22 km) məsafədə bir ləncdə yanğın baş verib", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, gəmi yanacaq daşıyırdı: "Üzən vasitə tərəfindən heç bir xilasetmə yardımı müraciəti barədə məlumat verilməyib. Bu hadisə nəticəsində bir nəfər xəsarət alıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью