Oman sahillərində EKOLOJİ TƏHLÜKƏ

16.08.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Omanın Ras-Madraka burnu ərazisində "Caroline Bezengi" tankerindən neft sızması nəticəsində çirklənən sahil xəttinin uzunluğu təxminən 12 km təşkil edib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Oman Sultanlığının Ətraf Mühitin Mühafizəsi İdarəsi məlumat yayıb.

"Son sahə məlumatları göstərir ki, Ras-Madraka ərazisində çirklənmədən təsirlənən çimərliklərin uzunluğu təxminən 12 km təşkil edir. Hazırda ərazidə nəticələrin aradan qaldırılması üzrə işlər aparılır", - deyə idarənin açıqlamasında bildirilib.

"Dənizdəki neft ləkəsinə gəlincə, monitorinqin yenilənmiş məlumatları göstərir ki, o, Masirah adasının cənub-şərqinə doğru, açıq dəniz istiqamətində hərəkət etməyə davam edir", - deyə idarədən əlavə edilib.

Bildirilib ki, mütəxəssislər hava və dəniz şəraitini nəzərə alaraq ləkənin hərəkətini izləməyə davam edirlər.

Avqustun 12-də Oman Ətraf Mühitin Mühafizəsi İdarəsi saya oturan "Caroline Bezengi" tankerindən sızma nəticəsində yaranan neft ləkəsinin ölkə sahillərinə çatdığını açıqlamışdı. Mütəxəssislərin proqnozlarına görə, Ras-Madraka burnu ərazisində çirklənmiş sahil xəttinin uzunluğu 40 km-ə çata bilərdi. Daha əvvəl akvatoriyada neft ləkəsinin sahəsi 390 kvadrat kilometr qiymətləndirilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью