Oman sahillərində neft ləkəsi 400 kvadrat kilometrə qədər genişləndi

11.08.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Oman sahillərində quruya çıxan Rusiyanın “kölgə donanması”na məxsus “Caroline Bezengi” tankerindən neft sızması baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, təxminən 390 kvadrat kilometr sahəni əhatə edən neft ləkəsi Əl-Hallaniyyat adalarından şimal-şərqə, materikə doğru hərəkət edir.
Ölkənin ətraf mühitin mühafizəsi agentliyinin məlumatına görə, ləkə sahildən təxminən yeddi kilometr aralıda yerləşir. Agentlik sızmanın qarşısını almaq üçün tədbirlər görür.
“Reuters”in məlumatına görə, bu, Omanın sanksiyalı tankerdən neft sızmasının ekoloji fəsadları barədə ilk dəfə məlumat verməsidir. Ötən həftə ətraf mühit təşkilatı “Greenpeace” peyk görüntülərini təhlil etdikdən sonra neft ləkəsinin sahəsini təxminən 600 kvadrat kilometr olaraq qiymətləndirib.
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью