Oman sahillərində neft tankeri minaya düşüb

27.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Omanın Qənəm adasının şimalında neft tankeri minaya düşüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu gün səhər iki neft tankerinin Hörmüz boğazının icazəsiz marşrutu ilə Omanın Qənəm adasının şimalından gizli keçməyə cəhd etdiyini açıqlayıb.

Bildirilib ki, tankerlərdən biri dəniz minasına düşərək partlayıb, onu müşayiət edən digər tanker isə geri qayıtmağa məcbur olub.

SEPAH son günlər Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd edən neft tankerlərinin sayının kəskin azaldığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью