Oman sahillərində neft tankeri vuruldu KONKRET

01.08.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Omanın şimal-şərq sahillərindən 11 kilometr məsafədə neft tankeri hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Qeyd edilib ki. UKMTO Limadan (Oman) 11 km şərqdə ticarət gəmisi ilə bağlı insident haqqında məlumatlar alıb.

Məlumatlara əsasən, tanker maşın şöbəsini zədələyən mərmi ilə vurulub.

Mühərrik bölməsinin zədələndiyi bildirilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью