Oman sahillərində tanker alovlar içində VİDEO

10.06.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Omandan şimal-şərqdə, açıq dənizdəki tankerdə bir heyət üzvünün ölümü ilə nəticələnən yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) rəsmi saytında bildirilib.
UKMTO-nun məlumatına görə, yanğın gəminin maşın şöbəsində baş verib. Bu barədə heyətin təxliyəsinə kömək etmək üçün hadisə yerinə gələn yerli hakimiyyət orqanları bildiriblər.
"İlkin məlumatlara görə, bir heyət üzvü həlak olub, ikisi itkin düşüb", - məlumatda qeyd olunub.
UKMTO bildirib ki, hələlik texnogen xarakterli təhlükə müşahidə olunmur. Hakimiyyət orqanları araşdırmanı davam etdirirlər.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью