Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oman sahillərində tanker hücuma məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə UKMTO məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Lima şəhərindən 19 dəniz mili şimal-şərqdə baş verib.
Ekipaj üzvlərinin xəsarət alması və ya ətraf mühitə ziyan dəyməsi barədə heç bir məlumat verilməyib.
Tankerin adı və qeydiyyat limanı dəqiqləşdirilməyib.