Oman sahillərində tankerə hücum: İki dənizçi itkin düşüb

11.10.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Oman sahillərində, Sohar limanı yaxınlığında MT Petro Dolphin tankerinə pilotsuz aparatla hücum edilib.

Moderator.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib.

Nazirin sözlərinə görə, hadisə zamanı gəminin göyərtəsində ümumilikdə 11 nəfər olub. Onlardan doqquzu xilas edilsə də, iki Hindistan vətəndaşının taleyi hələlik məlum deyil.

Sonoval bildirib ki, Oman Sahil Mühafizəsi itkin düşən dənizçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparır. Hindistan tərəfi də axtarışların əlaqələndirilməsi və itkin düşənlərin tapılmasına kömək məqsədilə müvafiq qurumlarla əməkdaşlıq edir.

Nazir tankerin hansı ölkənin bayrağı altında üzməsi barədə məlumat verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью