525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Pekində dövlət səfərində olan Oman Sultanı Heysəm bin Tariq Al Səidlə danışıqlar aparıb.
525.az bu barədə Sinxua agentliyinə istinadən xəbər verir.
Görüş zamanı Si Cinpin bildirib ki, Çin Omanla inkişaf strategiyalarının əlaqələndirilməsini dərinləşdirməyə, enerji, investisiya, yüksək texnologiyalar və innovasiyalar sahəsində sabit və etibarlı tərəfdaş olmağa hazırdır.
Öz növbəsində, Oman Sultanı Çinlə ticarət, investisiya, sənaye, infrastrukturun qurulması, süni intellekt, elm və texnologiya sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduğunu ifadə edib.
Səfər zamanı Çin və Oman arasında istehsal və təchizat zəncirləri, “yaşıl” inkişaf və rəqəmsal maliyyə sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb.
Qeyd edək ki, bu, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 48 il ərzində Oman dövlət başçısının Çinə ilk səfəridir.
Pərvanə Sultanova