Oman XİN rəhbəri Tehrana gedir

24.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Oman xarici işlər naziri Seyid Bədr əl-Busəidi avqustun 24-də İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqların davam etdirilməsi məqsədilə Tehrana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai məlumat verib.

Onun sözlərinə görə, Pakistan Silahlı Qüvvələrinin baş komandanı da avqustun 24-də Tehrana səfər edəcək.

Qeyd edək ki, Pakistan İran və ABŞ arasında bir neçə aydır davam edən müharibənin dayandırılmasına yönəlmiş danışıqlarda vasitəçi rolunu öz üzərinə götürüb. Hərbi əməliyyatlar 2026-cı ilin fevralında ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra başlayıb.

Oman və Pakistan rəsmilərinin Tehrana səfəri regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. İran ABŞ-ın yeni sanksiyalar tətbiq etmək planlarına hərbi cavab verə biləcəyi ilə bağlı xəbərdarlıq edib. ABŞ rəsmiləri isə Tehrana qarşı tətbiq olunacaq tədbirlərin “ən sərt sanksiyalar” olacağını bildiriblər.

ABŞ Prezidenti Donald Tramp İrana hər hansı formada dəstək verən ölkələrin də iqtisadi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Bu arada, İranın strateji əhəmiyyət daşıyan Hörmüz boğazından neft daşımaları demək olar ki, dayanıb. Tehran icazəsiz neft tankerlərinin bu su yolundan keçməyə cəhd göstərəcəyi təqdirdə onlara hücum edilə biləcəyi barədə xəbərdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью