Omana PUA hücumu olub, 2 nəfər ölüb

13.03.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 13 mart, AZƏRTAC

Omanın Sohar vilayətində 2 pilotsuz uçuş aparatı (PUA) yerə çırpılıb.

AZƏRTAC Oman mediasına istinadla xəbər verir ki, Əl-Avhi sənaye zonasına düşən PUA 2 xarici ölkə vətəndaşının ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.

Digər pilotsuz uçuş aparatı açıq əraziyə düşüb, zərərçəkən olmayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью