Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailə verdiyi dəstək səbəbiylə Omanda boykot edən "Carrefour" şirkəti bütün mağazalarını bağladığını açıqlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Omandakı Carrefour mağazalarının sosial media səhifəsində edilən yazılı açıqlamada, yanvarın 7-dən etibarən ölkədəki fəaliyyətlərinə son qoyulduğu açıqlanıb.
Carrefour mağazalarının ölkədə bağlanma səbəbi və bağlanma prosesi ilə bağlı ətraflı məlumat verilməyib.
İsrailə qarşı Boykot, Əldən Çıxarma və Sanksiyalar Hərəkatı (BDS) sosial media hesabında İordaniyadakı "Carrefour" mağazalarının da 4 noyabr 2024-cü ildə bağlanacağını xatırladıb.
Qəzza və Livana hücumlarını davam etdirən İsraili dəstəklədiyi üçün etiraz və boykot edilən şirkətlər arasında Fransa mərkəzli "Carrefour" şirkəti də var.
Qadir, Bizimyol.info