Omanda İran və ABŞ nümayəndə heyətləri arasında DANIŞIQLAR başa çatdı

12.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İran və ABŞ arasında Omanda aparılan danışıqlar başa çatıb.

Oxu.Az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, tərəflər gələn həftə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Məlumata görə, Uitkoff və Əraqçı danışıqlar yerini tərk edərək Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.

15:58

Maskatda Omanın vasitəçiliyi ilə İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Tasnim" xəbər yayıb

Danışıqlar İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilir.

Məlumata əsasən, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью