Omanda neft terminalında partlayış baş verib

05.06.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Omanın paytaxtı Məsqət yaxınlığında yerləşən Mina əl-Fahal neft terminalında partlayış baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hadisədən sonra terminalda neft yükləmə əməliyyatları müvəqqəti dayandırılıb.

İlkin məlumatlarda partlayışın pilotsuz uçuş aparatının zərbəsi nəticəsində baş verdiyi iddia olunur. Hadisənin səbəbləri və mümkün zərər barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, hadisə ABŞ Prezidenti Donald Trampın Omanla bağlı sərt bəyanatlarından sonra baş verib. Tramp daha əvvəl Oman hakimiyyətini Hörmüz boğazına nəzarəti ələ keçirməyə cəhd edəcəyi təqdirdə ciddi nəticələrlə hədələmişdi.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью