Omanda PUA düşməsi nəticəsində iki nəfər ölüb

13.03.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Oman paytaxtının şimal-qərbindəki Sohar əyalətində pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində ən azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ONA agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər xarici vətəndaşlardır. Ümumilikdə əyalətdə iki PUA qəzaya uğrayıb, onlardan biri açıq ərazidə baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью