Omanın XİN rəhbəri danışıqlar üçün Pakistana gedib

14.10.2026

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Omanın xarici işlər naziri Bədr Əl-Busaidi Pakistanla danışıqlar aparmaq üçün İslamabada səfər edib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki günlük səfər pakistanlı həmkarı İshaq Darın dəvəti ilə baş tutub.

Səfər çərçivəsində Pakistan-Oman Birgə Nazirlər Komissiyasının səkkizinci iclasının keçirilməsi də planlaşdırılır.

Görüşlər regionda, o cümlədən İran ətrafında və Hörmüz boğazında yaranmış gərginlik fonunda baş tutur.

///operativmedia///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью