Ombudsman Aparatı: Ermənistanın basdırdığı minalar ciddi təhlükə mənbəyidir

04.04.2025

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqların azad edilməsindən sonra ərazilərdə basdırılmış minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır.
Demokrat.az xəbər verir ki, bununla bağlı Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur, bunların da 359-u uşaq, 38-i qadındır.
Məlumatda qeyd olunub ki, həmin rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью