Ombudsman Aparatı: Ermənistanın basdırdığı minalar ciddi təhlükə mənbəyidir

04.04.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bununla bağlı Ombudsman Aparatı məlumat yayıb. Bildirilib ki, statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur, bunların da 359-u uşaq, 38-i qadındır.
Məlumatda qeyd olunub ki, həmin rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью