Ombudsman: Beynəlxalq hüquq normalarına etinasız yanaşılması təəssüf doğurur

19.02.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

Qurumdan AzVision.az -a verilən məlumata görə, Ombudsman iclasda çıxışı zamanı ötən il ərzində Assosiasiya çərçivəsində həyata keçirilən işlərə toxunaraq, qlobal insan hüquqları problemlərinin həllində beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb. O, ombudsman institutlarının insan hüquqlarının müdafiəsində fəal rol oynamalı olduğunu və beynəlxalq hüququn pozulmasına qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Silahlı münaqişələrin insanlara vurduğu ağır fəsadlara diqqət çəkən S.Əliyeva bu proseslərdən ən çox qadınların, uşaqların və yaşlı insanların zərər çəkdiyini bildirib. O, beynəlxalq hüquq normalarına etinasız yanaşılmasının təəssüf doğurduğunu və bu hallara qarşı ombudsmanların birgə səylərlə təsir göstərməli olduğunu vurğulayıb.
Ombudsman müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edib. O, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından qaçqın düşdüyünü və onların fundamental hüquqlarının pozulduğunu iştirakçıların diqqətinə çatdırıb. Ombudsman bu insanların hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan Ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью